Sizin reklam burada
Sizin reklam burada

İranın paytaxtı bura köçürüləcək - Pezeşkian "başqa çarəmiz yoxdur" deyərək açıqladı

İranın paytaxtı bura köçürüləcək - Pezeşkian "başqa çarəmiz yoxdur" deyərək açıqladı

İran rəhbərliyinin ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürməkdən başqa çarəsi yoxdur.

Bu sözləri İran prezidenti Məsud Pezeşkian bildirib.

O, Tehranın problemlərlə üz-üzə qaldığını və hakimiyyətin paytaxtı köçürməkdən başqa çarəsinin olmadığını bəyan edib.

Pezeşkian qeyd edib ki, bir sıra mülahizələrə, ilk növbədə, iqtisadi səbəblərə görə Tehranı paytaxt kimi saxlamaqda davam etmək qeyri-mümkün olur.

“Mövcud tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyilsə, əgər biz cənubdan və dənizdən Tehrana resurslar gətirmək, sonra onları məhsula çevirmək və ixrac üçün yenidən cənuba göndərmək istəyiriksə, bu, rəqabət qabiliyyətliliyimizi daha da azaldacaq”, - İran prezidenti qeyd edib.

Eyni zamanda o, yeni paytaxt mərkəzi seçildikdən sonra bütün dövlət idarələrinin ora köçürüləcəyini, bundan sonra Tehran sakinlərinə respublikanın yeni paytaxtına köçmək imkanı veriləcəyini vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ