Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Rusiyaya yeni səfir göndərdi

Ermənistan Rusiyaya yeni səfir göndərdi



Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” partiyasından olan keçmiş deputatı Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib.

Publika.az xəbər verir ki, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

“Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq, Baş nazirin təklifini əsas götürərək, Qurgen Arsenyanın Ermənistan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sərəncamda deyilir.

Bir gün əvvəl onun deputat səlahiyyətlərinə xitam verildiyi məlum olmuşdu.

Bu vəzifədə o, 2022-ci ilin yanvarından işləmiş Vaqarşak Arutyunyanı əvəz edəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ