Sizin reklam burada
Sizin reklam burada

Bu yol hər an Azərbaycanın nəzarətinə keçə bilər

Bu yol hər an Azərbaycanın nəzarətinə keçə bilər



Düşmən (Azərbaycan nəzərdə tutulur – red.) artıq Kirantsda və qonşu kəndlərdə məskunlaşıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan jurnalistlərlə söhbətində deyib.

“Ermənistan-Gürcüstan dövlətlərarası yolu hər an Azərbaycanın nəzarətinə keçə bilər”, - o bildirib

Danielyan delimitasiya və demarkasiya nəticəsində Azərbaycana təhvil verilən ərazidəki ev və torpaqlara görə ödənilən kompensasiyanın mənbəyini açıqlamaqdan hökumətin imtina etdiyini də xatırladıb. O qeyd edib ki, hökumət bunu “məxfi məlumat” adlandırıb.

Xatırladaq ki, kompensasiya olaraq sakinlərə evlərinin real dəyərindən bir neçə dəfə çox – 150-170 min dollar pul verildiyi iddia edilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ