Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib, Moskva ilə Bakı arasında müttəfiqlik əlaqələrinin böyük əhəmiyyətini qeyd edib.
Publika.az xəbər verir ki, təbrik teleqramı Kremlin saytında dərc olunub.
“Hörmətli İlham Heydəroviç, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Biz Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk”, - Putin qeyd edib.
Rusiya liderinin teleqramda qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında nüfuza malikdir və sosial-iqtisadi inkişafda uğurlar əldə edərək beynəlxalq gündəmdə duran məsələlərin həllində fəal iştirak edir.
Daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sərhədin delimitasiyası prosesini şərh edərək, bunun regionda sülhün bərqərar olmasına ümid verdiyini qeyd edib. Onun sözlərinə görə, İrəvan yanlış addımlar atmamalı və regiondan uzaqda yerləşən ölkələrin himayəsinə ümid etməlidir.