Sizin reklam burada
Sizin reklam burada

Ermənistan sülh müqaviləsinin mətnindən narahatdır: Fikir ayrılıqları açıqlandı

Ermənistan sülh müqaviləsinin mətnindən narahatdır: Fikir ayrılıqları açıqlandı




Sülh müqaviləsinin mətni ilə bağlı İrəvanla Bakı arasında hələ də fikir ayrılıqları var və onun razılaşdırılması istiqamətində iş davam etdirilir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. O deyib ki, biz bu istiqamətdə tək bir mətn əldə edə biləcəyimizə ümid edirik və görüşlərdə hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq.

Kostanyanın sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı hələlik razılaşdırılmayıb.

Xatırladaq ki, tərəflər arasında əvvəlki danışıqlar mayın 11-də Almatıda baş tutub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ