Sizin reklam burada
Sizin reklam burada

Ermənistanın iddiaları alt-üst oldu: Qərbi Azərbaycana qayıdış qaçılmazdır - VİDEO

Ermənistanın iddiaları alt-üst oldu: Qərbi Azərbaycana qayıdış qaçılmazdır - VİDEO


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənistan pasportlarında müəmmalı “070” kodu nəyi bildirir?” adlı süjetdə rəsmi İrəvanın azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini gündəmdən çıxarmaq üçün dezinformasiya kampaniyasını rəsmi səviyyədə davam etdirməsinə, bu kontekstdə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın son açıqlamasına yer verilir.

Bildirilir ki, rəsmi İrəvan Qərbi azərbaycanlıların qayıdışını inkar edir, əvəzində Qarabağdan çıxan ermənilərin yenidən Azərbaycan ərazisinə köçməsi məsələsini ön plana çıxarmağa cəhd göstərir: “Ermənistan hakimiyyəti bu hədəflərinə nail olmaq məqsədilə “feyks-nyus” siyasəti yürüdür, diplomatik və hüquqi fırıldağa əl atır. “Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı danışıqlar mövzusu deyil” deyən rəsmi İrəvan diplomatik fırıldaqla sülh danışıqlarının mahiyyətini təhrif etməyə cəhd göstərir”.

Qeyd olunur ki, erməniləri Qarabağdan çıxaran rəsmi İrəvan onları qondarma “qaçqın” adlandırır və havadarlarının dəstəyi ilə bu məsələni beynəlxalq müstəvidə “saqqız kimi” çeynəməklə məşğuldur: “Bununla Azərbaycana təzyiq etmək və Qərbi Azərbaycana qayıdış perspektivinə qarşı “alternativ gediş” hazırlamaq istədikləri aydındır. Bu məqsədlə beynəlxalq hüququ təhrif edir, hüquqi fırıldağa əl atır”.

Diqqətə çatdırılır ki, Qarabağdan Ermənistana qayıdan ermənilərin “qaçqın” statusu daşıması beynəlxalq hüquqla mümkün deyil və 1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qaçqın belə təsnif edilir: “İrqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”. Bu konvensiya BMT sənədlərinə də daxil edilib və beynəlxalq hüquqda “qaçqın statusu” ala biləcək şəxslərə aid edilir”.

Süjetdə “Qarabağdan çıxan ermənilər təqib olunublarmı, yaxud onlar öz ölkələrinə qayıda bilmirlərmi” sualı ətrafında aparılan araşdırmanın Ermənistanın “Qarabağ qaçqınları” tezisini alt-üst etdiyi məlum olur və digər məsələlərə aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ