Sizin reklam burada
Sizin reklam burada

İrəvan bu dəfə onun vasitəsi ilə Rusiyaya mesaj göndərdi: Zəngəzur dəhlizinə...

İrəvan bu dəfə onun vasitəsi ilə Rusiyaya mesaj göndərdi: Zəngəzur dəhlizinə...


Ermənistan ərazisindən keçəcək istənilən yola, o cümlədən dəmir yoluna erməni tərəfi nəzarət etməlidir.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində Cənubi Qafqazda kommunikasiyaların bloklanması məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, yeganə məntiqi razılaşmadır.

“Birincisi, mən hesab edirəm ki, bir neçə ay əvvəl (2023-cü ilin mayında – red.) Prezident Əliyev Moskvada prezident Putinin iştirakı ilə baş nazir Paşinyanla görüşdə çox açıq şəkildə bildirib ki, bunun dəhliz adlandırılması ekstraterritoriallıq kimi nəzərdə tutulmayıb”, - Klaar bildirib.

O əlavə edib ki, Azərbaycan lideri daha dar tərkibdə keçirilən görüşlərdə də bəyan edib ki, dəhliz ekstraterritoriallığı nəzərdə tutmur.

Klaar izah edib ki, Avropada müxtəlif nəqliyyat qovşaqları da dəhliz adlanır, buna ekstraterritorial kontekst qoyulmadan.

Xüsusi nümayəndə hesab edir ki, gələcəkdə Azərbaycandan gələn yüklərin və sərnişinlərin Ermənistan ərazisindən təhlükəsiz keçməsini təmin etmək üçün ölkənin hakimiyyət orqanları məsuliyyət daşıyacaq.

O, həmçinin əmin edib ki, o, Ermənistanın baş naziri Nikol Paşinyanın regionda kommunikasiyaların qarşısının alınması ilə bağlı fikirlərini bölüşür.

“Biz dəmir yolu və avtomobil yollarının açıq olduğu və Sovet İttifaqı dövründə olduğu kimi ölkələrin yenidən birləşdiyi açıq Cənubi Qafqaz vizyonunu tamamilə bölüşürük”, - Klaar bildirib.

Bu baxımdan Türkiyə ilə avtomobil və dəmir yolu əlaqələrinin bərpası da vacibdir.

Xatırladaq ki, oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən İpək Yolu forumunda çıxış edərkən bütün regional nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması ilə bağlı “Dünyanın kəsişməsi” layihəsini təqdim edib.

Qeyd edək ki, razılaşmaya əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət etməlidir. Böyük ehtimalla, Ermənistan Klaarın dili ilə Moskvaya növbəti dəfə mesaj verir ki, buna razı olmayacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ