Sizin reklam burada
Sizin reklam burada

Qarabağın erməni sakinləri sənəd yoxlanışından sonra Xankəndi-Gorus istiqamətində rahat gedirlər

Qarabağın erməni sakinləri sənəd yoxlanışından sonra Xankəndi-Gorus istiqamətində rahat gedirlər
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər.

“Report”un əldə etdiyi videodan da göründüyü kimi, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin sənədləri yoxlanılır və onların Xankəndi-Gorus istiqamətində rahat gediş-gəlişi təmin olunur.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ