Sizin reklam burada
Sizin reklam burada

Ermənistana təklif edilən güzəştlər limitsiz ola bilməz: Azərbaycan hansı addımları atacaq?

Ermənistana təklif edilən güzəştlər limitsiz ola bilməz: Azərbaycan hansı addımları atacaq?


Qeyd etmək lazımdır ki, işğaldan azad olunan Laçında cənab Prezident öz çıxışı zamanı çox mühüm mesajlar verdi, regional təhlükəsizlik və danışıqlar prosesi ilə bağlı bir sıra önəmli məqamlara toxundu”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Əgər ötən il Praqada keçirilən danışıqlarda ərazi bütövlüyü və suverenlik tanınmamışdısa, bu ilin mayın on dördündə Brüsseldə keçirilən görüşdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 86.6 min kvadrat kilometrlik ərazisi də Ermənistan tərəfindən qəbul edilib:

“Bu xüsusda qeyd etməliyik ki, Azərbaycan ərazisində hələ də özünü “parlament” adlandıran qurum mövcuddur. Özünü saxta prezident adlandır yalançı və heç bir əhəmiyyət daşımayan “nazirlər” var və onlar əlbəttə ki, buraxılmalıdır. Yalnız bu halda onların amnistiyası və ya müəyyən güzəştlər haqqında danışmaq olar”.

İ.Hüseynovun sözlərinə görə, bu gün sülh müqaviləsinin imzalanması istiqamətində vacib şərtlər yerinə yetirilməyincə hansısa təkliflər və ya güzəştlər haqqında danışmaq çox tezdir:

“Digər tərəfdən, əgər bu şərtlər yerinə yetirilməyəcəksə, Azərbaycan da bütün lazımi tədbirləri həyata keçirəcək. Bu gün bizim istənilən əməliyyatı regionda keçirtmək üçün imkanlarımız var. Təhlükəsizliyi qorumaq, sülhü möhkəmləndirmək və sabitliyi bərqərar etmək üçün əlimizdə güclü fürsətlər var. Lakin Ermənistana təklif edilən vədlər, güzəştlər limitsiz ola bilməz və tarix də göstərir ki, Azərbaycanın təklifləri yerinə yetirilmədikdə, ölkəmiz birtərəfli qaydada qərarlar qəbul edir. Beynəlxalq hüquqa söykənərək ədaləti bərpa edir və qarşıdakı dönəmdə də bu cür addımlar atıla bilər. Biz sülhün, təhlükəsizliyin, regional əməkdaşlığın tərəfdarıyıq. Azərbaycan məhz diplomatik, siyasi yollarla, danışıqlar yolu ilə öz haqlarını qoruyur və məhz milli maraqlardan çıxış edir”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ