Sizin reklam burada
Sizin reklam burada

Ərdoğanın sözçüsü: Ermənistanla normallaşma prosesi müsbət şəkildə davam edir

Ərdoğanın sözçüsü: Ermənistanla normallaşma prosesi müsbət şəkildə davam edir



Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, yaxın zamanda qarşılıqlı olaraq iki ölkə vətəndaşlarının pasportla sərhədi keçə bilməsi baş tuta bilər.

“Avqust ayında müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi (sülh danışıqları - red.) normal gedir. 30 ildir qurulmayan təmaslar qurulub, bu, çox vacibdir”, - İbrahim Kalın əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ