Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla Qırğızıstan arasında hava əlaqəsi yaradılacaq

Azərbaycanla Qırğızıstan arasında hava əlaqəsi yaradılacaq
Azərbaycan və Qırğız respublikaları arasında hava əlaqəsi yaradılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, tərəflər bu sazişi öz dövlətlərinin müvafiq əraziləri arasında hava əlaqəsini yaratmaq məqsədilə razılığa gələrək imzalayıblar. Bu saziş razılığa gələn tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir.

Saziş qeyri-müəyyən müddətə bağlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ