Sizin reklam burada
Sizin reklam burada

Ceyhun Bayramov Avstriyaya getdi

Ceyhun Bayramov Avstriyaya getdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Ceyhun Bayramovun həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ