“Türkiyə və Azərbaycan Ukraynanın strateji tərəfdaşlarıdır”.
Bunu Ukrayna Ali Radasının insan hüquqları, müvəqqəti işğal edilmiş ərazilərin deokupasiyası və reinteqrasiyası Komitəsinin sədr müavini Nelli Yakovleva Caliber.Az-a müsahibəsində deyib.
O, Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər üzrə naziri Aleksey Reznikovun Azərbaycana səfərini faydalı hesab edir:
“Azərbaycanın ölkəsinin ərazi bütövlüyünü bərpa etmək təcrübəsi bizim üçün çox maraqlıdır və Aleksey Reznikovun səfəri çox faydalı olacaq. Qarabağdakı münaqişə uzun müddət dondurulmuş hesab edildi. Ancaq 2020- ci ildə hər şey dəyişdi. Biz də ərazi bütövlüyünün bərpası üçün çalışmalıyıq”.
Yakovleva Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyə səfərindən də bəhs edib:
“Hesab edirəm ki, Prezident Vladimir Zelenskinin Türkiyəyə səfərində Krım məsələsi vurğulanacaq, çünki Türkiyə həmişə bizim Krım tatarlarına kömək edib”.