Sizin reklam burada
Sizin reklam burada

Türkmənistanla imzalanan memorandumla bağlı İşçi Qrupu yaradıldı - SƏRƏNCAM

Türkmənistanla imzalanan memorandumla bağlı İşçi Qrupu yaradıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumuna əsasən “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə sərəncam imzalayıb.

Bununla bağlı Xeberleragentliyi.com məlumat yayıb.

Sərəncama əsasən, İşçi Qrupunun tərkibinə aşağıdakılar daxildir:

İşçi Qrupun rəhbəri

Azərbaycan Respublikasının energetika naziri

İşçi Qrupun üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti. AZƏRTAC.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ