Sizin reklam burada
Sizin reklam burada

Seysmoloqlarımız Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar

Seysmoloqlarımız Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar


Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar.

Bununla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli” mövzusunda keçirilən onlayn iclasda məlumat verib.

Professor iclasda 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Kahramanmaraş şəhəri və zəlzələnin episentrində olan Pazarcık qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndis-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb.

RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirən Qurban Yetirmişli deyib ki, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək ərazinin seysmikliyi qiymətləndiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ