Sizin reklam burada
Sizin reklam burada

Bakıda qarşı tərəfə keçmək üçün canından keçənlər - VİDEO

Bakıda qarşı tərəfə keçmək üçün canından keçənlər - VİDEO
Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.

Xezerxeber.az xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan dairəsi kimi tanınan ərazidiən gedir.

Dairənin yaxınlığında, iri ticarət mərkəzinin yanındakı piyada keçidi bağlanıb. İnsanlar isə çətinliklə də olsa, həmin hissədən, maneələrin üzərindən keçməyə çalışırlar.

Həmin ərazidən istifadə edən sürücülər də keçid işarəsinin ərazidən götürüldüyünü, bunun da onlara çətinlik yaratdığını bildirdilər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, həmin keçid agentliyin təşəbbüsü ilə ləğv edilib.

Piyadalar və sürücülər ümid edir ki, əraziyə yenidən baxış keçiriləcək və müvafiq addımlar atılacaq.

Daha ətraflı süjetdə:

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ