Sizin reklam burada
Sizin reklam burada

Polis Bakıxanov qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən 1 nəfəri saxlayıb

Polis Bakıxanov qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən 1 nəfəri saxlayıb
Polis Bakıxanov qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən 1 nəfəri saxlayıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib.
Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

30 yanvar 2023-cü il

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ