Sizin reklam burada
Sizin reklam burada

Biləsuvarda avtomobil aşıb: Dörd nəfər xəsarət alıb

Biləsuvarda avtomobil aşıb: Dörd nəfər xəsarət alıb
Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1988-ci il təvəllüdlü Gülşən Ağayeva, 1989-cu il təvəllüdlü Coşqun Ağayev, 1997-ci il təvəllüdlü Rəqsanə Rzazadə və 1997-ci il təvəllüdlü Mərhəmət Rzazadə xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ