Sizin reklam burada
Sizin reklam burada

Yuxululuq qorxulu xəstəliklərin əlaməti ola bilər

Yuxululuq qorxulu xəstəliklərin əlaməti ola bilər
Rusiyalı həkim İrina Tereşçenko yuxululuq və yorğunluğun təhlükəli əlamətlər olduğunu bildirib.

Onun sözlərinə görə, susuzluq hissi və ləng regenerasiya ilə müşayiət olunan yuxululuq və apatiya diabetə işarə ola bilər.

Həmçinin, daimi yatmaq istəyi anemiya və tiroid xəstəlikləri, xüsusən də hipotiroidizmdən xəbər verə bilər.

“Dəmir, vitamin D, E, B12, sink, maqnezium, kalium gümrahlığımıza cavabdeh olan əsas maddələrdir. Zəiflik halında, qanda onların həcmini yoxlamaq tövsiyə olunur. D vitamininə xüsusi diqqət yetirilməlidir. Belə ki, çoxu məhz onun çatışmazlığından əziyyət çəkir”, - deyə Tereşçenko qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ