Sizin reklam burada
Sizin reklam burada

BŞTİ: Məktəbdə şagirdin döyülməsi ilə bağlı məsələ araşdırılır

BŞTİ: Məktəbdə şagirdin döyülməsi ilə bağlı məsələ araşdırılır



112 saylı məktəbdə şagirdlərdən birinin digərini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, qurum tərəfindən müvafiq araşdırma aparılır.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.

Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib: "Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.
Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ