Sizin reklam burada
Sizin reklam burada

Yusif Abidovun satışa çıxardığı əmlaklarının “mənbə”yi barədə

 Yusif Abidovun satışa çıxardığı əmlaklarının “mənbə”yi barədə




Yusif Abidovun Qubada müxtəlif vəzifələrdə işlədiyi dövrlərdə vəzifə səlahiyyətlərini aşaraq haram yollarla əldə etdiyi əmlaklarını satışa çıxarması barədə xəbər vermişdik.
İndi də Y.Abidovun vəzifə saxtakarlığı ilə əldə etdiyi əmlaklarının əsas hissəsinin hansı yollarla ələ keçirməsi barədə məlumatları dərc edirik.
Yusif Abidov 2014-cü ildə Quba rayon Təhsil şöbəsində müdir vəzifəsini icra edərkən Quba rayon təhsilində yeni "rüşvət" mexanizmi həyata keçirərək müəllimlərdən 50 (əlli), məktəb direktorlarından isə 1000 (min) manatdan pul yığılaraq ona gətirilməsinə göstəriş vermişdir.
Qubada şəhid ailələri və veteranları üçün tikilən binalardakı mənzillərin paylanılmasında böyük məbləğdə pullar əldə etmişdir.
Bakıdan və digər yerlərdən Qubaya şəhid ailələri, veteranlar, imkansız və aztəminatlı ailələr üçün göndərilən ianələri mənimsəmiş, yardımları (müxtəlif çeşidli tikinti materialları,ərzaq və.s.) satdıraraq külli miqdarda vəsait əldə etmişdir.
Təbii sürüşməyə məruz qalan Güləzi kənd sakinləri üçün yeni salınan yaşayış massivi-Yeni Güləzidə satdırdığı evlərdən xeyli pul əldə etmişdir.
Araşdırmalarız davam edir.













  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ