Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan prezidentindən Abdullah Gülə və Ərdoğana təbrik.

Azərbaycan prezidentindən Abdullah Gülə və Ərdoğana təbrik.

Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülə təbrik məktubu göndərib.

AzərTAc-ın verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk.

Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir.
İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, qardaş xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən ifadəsidir.

Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə işlərimizdə yeni uğurlara yol açacaq”.
Qeyd edək ki, ölkə başçısı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana da təbrik məktubu göndərib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ