Sizin reklam burada
Sizin reklam burada

Rubl sürətlə niyə bahalaşır? - 3 SƏBƏB

Rubl sürətlə niyə bahalaşır? - 3 SƏBƏB

İxracatçıların böyük valyuta satışı, yüksək faiz dərəcələri və geosiyasi gərginliyin azalacağına ümidlər səbəbindən rubl hazırda dollar qarşısında möhkəmlənir.

Bu barədə "RİA Novosti"yə müsahibəsində Renessans Capital-ın analitik şöbəsinin rəhbəri və baş iqtisadçısı Oleq Kuzmin məlumat verib.

İqtisadçı rublun dollar qarşısında 150-ə doğru gedə biləcəyi ilə bağlı sualı cavablandırarkən belə bir enişin böyük ehtimalla baş verməyəcəyini bildirib.

"Bəli, rubl üçrəqəmli rəqəmə düşməyə başlayacaq, lakin ilin orta məzənnəsi çətin ki, 103-dən aşağı oolsun - təbii ki, neftin hazırkı qiymətlərini nəzərə alsaq", - Kuzmin bildirib.

Bundan əvvəl, "Alfa-Forex"in müştərilərə dəstək və satış şöbəsinin rəhbəri Aleksandr Şnayderman bildirmişdi ki, 2022-ci ilin fevral ayının sonundan etibarən rubl bütün aparıcı dünya valyutalarına nisbətdə ucuzlaşıb: rubl ABŞ dollarına nisbətdə 23%, avroya qarşı 12%, yuana qarşı isə cəmi 5,8% ucuzlaşıb.

Hüseyn İbadlı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ