Sizin reklam burada
Sizin reklam burada

Aygün Kazımova və Eltonun layihəsi: "İki mahnımız qalıb"

Aygün Kazımova və Eltonun layihəsi: "İki mahnımız qalıb"

Müğənni Xeberleragentliyi.com-a açıqlamasında bildirib ki, sinql müəyyən səbəblərdən gecikir:

“İki mahnımız qalıb, hələ aranjman mərhələsindədir. Bitdikdən sonra studiyaya keçib oxuyacağıq, üç mahnımız isə tam hazırdır”.

Elton Hüseynəliyev həmçinin klip çəkdirmək niyyətində olduğunu vurğulayıb:

“Təxminən iki klip nəzərdə tutmuşuq. Aygün Kazımova ilə birgə ifa etdiyim mahnıya və öz repertuarımda yer alan hər hansı bir ifaya ekran həyatı verməyi planlaşdırıram”.

Artıq iki ildir konsert verməyən Elton bu il üçüncü dəfə sevənlərini ətrafına toplamaq istəyir:

“Heydər Əliyev Sarayı və Kristal Zal kimi böyük məkanlarda konsert vermək fikrim yoxdur. Daha əvvəl Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etmişəm. Böyük məkana ehtiyac yoxdur, sadəcə, musiqi ocağı olsa, kifayət edər”. O, həmçinin vurğulayıb ki, bu konsert tezliklə reallaşmayacaq və təxminən yay ayları üçün nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ