Sizin reklam burada
Sizin reklam burada

Natavan Həbibi: "Ailədə kişinin sözü keçməlidir"

Natavan Həbibi: "Ailədə kişinin sözü keçməlidir"

Bu sözləri Xeberleragentliyi.com-a açıqlamasında Natavan Həbibi deyib. Onun sözlərinə görə, gözəl olmaq, dəbli görünmək üçün şans daha çox olsa da, əksər müğənnilər bu fürsəti dəyərləndirə bilmirlər:

“Bu gün artıq saysız-hesabsız salonlar var və hər kəs asanlıqla istədiyi görünüşə sahib ola bilər. Amma maraqlıdır ki, hələ də zövqsüzlər az deyil. Görünür, zövq də insanın damarında olmalıdır”.

Müğənni əlavə edib ki, buna baxmayaraq zövqlü gənclər də var və onları bu siyahıya qatmaq doğru olmaz.

Natavan Həbibi əlavə edib ki, əsl qadın baxımlı olmalıdır:

“Bir xanımın gözəl olmağı vacib deyil, əsas odur ki, baxımlı olsun. Qadın qarşı cinsin nümayəndəsi ilə elə rəftar etməlidir ki, o, önündəkinin xanım olduğunu hiss etsin. Çünki əsl xanım başa düşür ki, ailədə kişinin sözü keçməlidir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ