Sizin reklam burada
Sizin reklam burada

Dünyada ən böyük sualtı hotel tikilir

Dünyada ən böyük sualtı hotel tikilir

Dubayda planetin ən iri sualtı hotelinin tikilməsi planlaşdırılır. Xeberleragentliyi.com «İndependent»ə istinadən bildirir ki, «Water Discus» hoteli Polşanın «Deep Ocean Technology» (DOT) şirkəti tərəfindən İsveçrənin «BIG InvestConsult AG» firmasnının yardımı ilə layihələndirilib.

Su altı hotel bir suyun altında biri isə suyun üzərində olan iki diskdən ibarət olacaq. Hotelin sualtı hissəsi 10 metr dərinlikdə yerləşəcək və 21 nömrədən ibarət olacaq. Orada əyləncə məkanı və bar da yerləşdiriləcək. Hotel hərəkət edə bilən şəkildə layihələndirilib və havadan asılı olaraq yerini dəyişmək mümkün olacaq.

«Water Discus» hoteli bu cür ilk layihə deyil. Maldiv adalarında bir ədəd sualtı hotel nömrəsi. ABŞ-da isə çox kiçik sualtı qonaq evi «Cules Undersea Lodge» mövcuddur.

  • Sosial şəbəkədə paylaş