Sizin reklam burada
Sizin reklam burada

Braziliyada gecə klubu külə döndü: 160-a yaxın ölü

Braziliyada gecə klubu külə döndü: 160-a yaxın ölü

Xeberleragentliyi.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Braziliyanın cənubunda yerləşən Santa-Mariya şəhərindəki gecə klublarından birində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 159-a çatıb.

Qeyd edək ki, ilkin məlumatlarda ölənlərin sayı 90 nəfər göstərilirdi.

Xilasedicilər hələ hadisə yerində işlərini tam başa vurmayıblar. Polis mayoru Gerson da Rosa Fereyranın sözlərinə görə, ölənlərin sayının 200-ə çatması ehtimalı var. Polis mayoru onu da qeyd edib ki, hadisə zamanı bəziləri boğularaq, bəziləri isə yaranmış sıxlıqdan ölüblər.

Vurğulanır ki, 2 min nəfərin olduğu klubda yanğının baş verməsinin səbəbi pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi olub.

Həmin zaman klubda rok-qrup çıxış edirdi.

  • Sosial şəbəkədə paylaş