Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda verilən elektron imzanın beynəlxalq səviyyədə tanınması planlaşdırılır

Azərbaycanda verilən elektron imzanın beynəlxalq səviyyədə tanınması planlaşdırılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda verilən elektron-rəqəmsal imzanın beynəlxalq səviyyədə tanınmasına çalışmağı planlaşdırır. Bu barədə xeberleragentliyi.com MHM-dən bildiriblər.

Mərkəz hazırda ISO/IEC 27001 informasiya təhlükəsizliyinə dair beynəlxalq standart üzrə sertifikasiyadan keçir.

"Hazırda, demək olar ki, hazırlıq prosesi artıq yekunlaşıb və ümumi prosedura əsasən, ilkin mərhələdə audit keçiriləcək. İndiyədək keyfiyyətin idarə olunması menecmenti üzrə sertifikasiyadan keçmişik. İndi informasiya təhlükəsizliyi üzrə sertifikatların alınması ərəfəsindəyik", - mərkəzdən qeyd ediblər.

  • Sosial şəbəkədə paylaş