Sizin reklam burada
Sizin reklam burada

Gəncə Regional Poçt Filialı kreditlər verəcək

Gəncə Regional Poçt Filialı kreditlər verəcək

xeberleragentliyi.com Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Regional Poçt Filialı bank maliyyə xidmətləri həyata keçirir. Bu xidmətlərdən biri də əməkhaqlarının filiala məxsus plastik kartlar vasitəsi ilə verilməsidir.

Filialdan aldığımız məlumata görə, müasir tələblərə cavab verən Azərpoçt ATM-ləri vasitəsilə yaxın zamanlarda vətəndaşlara nəinki kommunal ödənişlərin təminatı, hətta plastik karta pul yükləmək imkanı da yaradılacaq. Beləliklə də, Azərpoçtun ATM-ləri ilə bir çox əməliyyatları yerinə yetirmək mümkün olacaq.

Gəncə Regional Poçt Filialının rəis müavini Zahir Səfərov: “Bununla əlaqədar bizdə Mərkəzi Bankın bizə verdiyi lisenziya əsasında KÖMİS sistemi tətbiq edilir. Bu, artıq 2010-cu ildən uğurla həyata keçirilir. Nağdsız hesaba keçmək məqsədi ilə həmin plastik kartlar üçün gələcəkdə pos-terminallar da quraşdırılacaq”.

  • Sosial şəbəkədə paylaş