Sizin reklam burada
Sizin reklam burada

Temperatur 12 dərəcəyə düşəcək

Temperatur 12 dərəcəyə düşəcək

Respublika ərazisində buludlu hava təşkil edəcək, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən xeberleragentliyi.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, axşam dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 11-16, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

  • Sosial şəbəkədə paylaş