Sizin reklam burada
Sizin reklam burada

Moskvada yanğın: 9 nəfər ölüb

Moskvada yanğın: 9 nəfər ölüb

Moskvada baş verən yanğın nəticəsində 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.


xeberleragentliyi.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, yanğın Xersonskaya-43 ünvanında tikilən ofis binasının yeraltı avtomobil dayanacağında, inşaat tullantılarının yığıldığı yerdə baş verib.

Yanğının söndürülməsinə 44 texnika və 132 yanğınsöndürən cəlb edilib. Ölənlərdən 2-si hadisə yerində, 7-si isə xəstəxanaya aparılarkən yolda keçinib.

Moskva polisi ölənlərin hamısının inşaatda çalışan və “yaxın xaric”dən olan fəhlələr olduğunu açıqlayıb. Mənbənin məlumatına əsasən, ölənlər Tacikistandan olan əmək mühacirləridir.

  • Sosial şəbəkədə paylaş