Sizin reklam burada
Sizin reklam burada

“İslahatçı Gənclər” Birliyinin üzvləri Türkiyədə görüşlər keçirirlər

“İslahatçı Gənclər” Birliyinin üzvləri Türkiyədə görüşlər keçirirlər
Türkiyənin məşhur media holdinqlərindən olan "İhlas Holdinq”ə (İHA) daxil olan "Türkiyə” qəzeti İstanbulda səfərdə olan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, baş katibi Hacıbəy Heydərli və mətbuat katibi Əfsələddin Ağalarovla bağlı məqalə hazırlayıb.

Yazıda "İslahatçı Gənclər” İctimai Birliyinin fəaliyyətindən söz açılıb, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib. Gənclər bu məsələdə qardaş türk mediasından dəstək gözlədiklərini bildirib.

Qeyd edək ki, gənclər "İhlas” Xəbər Agentliyi və "TGRT Haber” kanalının da rəhbərliyi ilə görüşüblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ