Sizin reklam burada
Sizin reklam burada

Qobuda silahlı insident – Tapança ilə 2 dəfə atəş açdı

Qobuda silahlı insident – Tapança ilə 2 dəfə atəş açdı

Qobu qəsəbəsində silahlı insident baş verib.

Xeberleragentliyi.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd "Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ