Sizin reklam burada
Sizin reklam burada

8 Noyabr – Şanlı Zəfər Günümüzdür

8 Noyabr – Şanlı Zəfər Günümüzdür


Azərbaycan tarixində elə günlər var ki, xalqın yaddaşına qürur, ucalıq, milli birlik simvolu kimi həkk olunur. Bu günlərdən biri və ən uca zirvəsi 8 Noyabr – Şanlı Zəfər Günümüzdür. Bu gün yalnız bir qələbə tarixi deyil, bir xalqın öz haqqını, öz şərəfini, öz torpağını geri almasının ən parlaq nümunəsidir.

Azərbaycan tarixinin qəlbində xüsusi bir yer tutan Şuşa şəhərinin azad olunması qələbənin ən ali, ən şərəfli anı oldu. Şuşa Azərbaycan musiqisinin, poeziyasının, mədəniyyətinin beşiyidir. Şuşasız Qarabağ tam deyildi.

Əsgərlərimiz sıldırım qayalardan, meşəliklərdən, gecə-gündüz demədən, yalnız milli qürur və vətən sevgisi ilə irəli atılıb Şuşaya çatdılar.

Şuşa alınanda xalqın üzünə sevinc, gözünə işıq, ürəyinə qürur doldu. Məhz buna görə 8 Noyabr tarixi Zəfər Günü kimi qeyd olunur.

Bu mübarək Zəfərin mənbəyi qəhrəman şəhidlərimizin canı, igid qazilərimizin qanıdır.
Onlar Vətən torpağını qorumağı həyatın ən böyük mənası bildilər.
Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Biz onların qarşısında baş əyirik.

Biz onların yolunu qoruyacağıq.

Onların qəhrəmanlığı əsrlər boyu unudulmayacaq.

Qüdrət Kazımov,
İsmayıllı şəhər Bələdiyyəsinin sədri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ