Bu gün dünya Azərbaycanı qalib, güclü, birləşmiş xalq kimi tanıyır. Qarabağda həyat yenidən canlanır, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq, bərpa və yenidənqurma işləri aparılır. İnsanlar doğma yurdlarına qayıdır, ocqlar yenidən alışır, torpaq yenidən nəfəs alır.
8 Noyabr – Zəfər Günü xalqımızın milli yaddaşında əbədi yaşayacaq tarixi gündür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa edildi. Şuşanın azad olunması ilə qələbənin müjdə səsi bütün Azərbaycana yayıldı. Bu qələbə həm də Türk-müsəlman dünyasının qürurunu özündə daşıyır.
Bu gün biz Vətən yolunda canını fəda etmiş şəhidlərimizi böyük ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını hörmətlə anırıq. Torpaq uğrunda can verənlər – heç vaxt unudulmayacaq!
8 Noyabr bizim milli gücümüzün, dövlətimizin qüdrətinin və xalqımızın birliyinin simvoludur.
8 Noyabr – Şanlı Zəfər Günümüz təkcə qələbənin günü deyil.
Bu gün:
Qürurumuzun,
Birliyimizin,
Dövlətimizin qüdrətinin,
Xalqımızın məğrurluğunun rəmzidir.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ordumuz!
Qarabağ Azərbaycandır – və həmişə də belə olacaq!
Qiyas Abdullayev,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə İcra Nümayəndəsi
