
8 Noyabr – Şanlı Zəfər Günümüz Azərbaycan tarixinin ən parlaq, ən əzəmətli səhifələrindən biridir. 2020-ci il Vətən müharibəsi yalnız hərbi uğur deyil, həm də xalqımızın birlik, iradə və vətənə sevgi hisslərinin təntənəsidir. Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi strateji liderliyi altında Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etməklə 30 illik həsrətə son qoydu. Şuşanın azad edilməsi isə bu Zəfərin zirvəsi oldu. Elə buna görə də 8 Noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.
Bu Zəfər minlərlə qəhrəmanın canı, qanı, qəhrəmanlığı bahasına qazanılıb. Şəhidlərimizin müqəddəs xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, qazilərimizin şücaəti gələcək nəsillərə örnək olacaq.
Bu gün biz daha güclü, daha qürurlu və daha birlikdəyik. Torpaqlarımızın bütövlüyü, dövlətimizin müstəqilliyi və bayrağımızın dalğalanması uğrunda əldə edilən bu mübarək qələbə xalqımızın tarixində əbədi yaşayacaq.
Yaşasın Azərbaycan!
Yaşasın Müzəffər Ordumuz!
Qarabağ Azərbaycandır!
Elşad Quluyev
Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi
