44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının 5-ci ildönümünə həsr olunmuş tədbir “27 Sentyabr Anım Günü və 8 Noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunub.
Tədbir Vətən müharibəsinə həsr olunmuş əl işləri sərgisinə baxışla başlayıb. Ardınca Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Qalib Nəbiyev çıxışında Zəfər Gününün xalqımız üçün tarixi önəmini vurğulayıb, Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qəhrəmanlığından danışaraq bu böyük Qələbənin gənclərə örnək olduğunu bildirib.
Tədbirdə:
- Tələbələrin ifasında vətənpərvər şeirlər və mahnılar səsləndirilib;
- Döyüş hazırlığına dair nümayişlər təqdim olunub;
- “Zəfər” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb;
- Vətən müharibəsinə dair videoçarxlar və Prezident İlham Əliyevin çıxışlarından hazırlanmış slaydlar nümayiş olunub.
Bu tədbir bir daha sübut etdi ki, qəhrəmanlıq tariximiz gənclərimizin yaddaşında daim yaşayacaq, Zəfər ruhu gələcək nəsillərə ötürüləcək! ????????
#Zəfərin5İli #QələbəGünü #QəbələDövlətPeşəTəhsilMərkəzi #VətənMüharibəsi #44GünlükZəfər #ŞəhidlərəEhtiram #PeşəTəhsili #GənclərinVətənpərvərliyi
