Sizin reklam burada
Sizin reklam burada

Kolatan bələdiyyəsində hərc-mərclik : Bələdiyyə sədri arayış satır – VİDEO

Kolatan bələdiyyəsində hərc-mərclik : Bələdiyyə sədri arayış satır – VİDEO


Sosial mediada Masallı rayonunun Kolatan bələdiyyəsində ciddi qanun pozuntuları və sui-istifadə halları ilə bağlı iddialar yer alıb.İddialara görə Rauf Cəbiyev sədri olduğu bələdiyyəni şəxsi maraqlarına xidmət edən bir quruma çevirib.Onun bu qanunsuz hərəkətlərindən həmin bələdiyyənin sabiq sədri, hazırda bələdiyyənin üzvü olan İsrail Səfərov şikayətçidir. İsrail Səfərov bələdiyyə sədrinin bu və digər qanunsuz işləri ilə bağlı “Aztimes.az”-a müsahibə verib.Digər müsahibimiz isə Tale Əkbərovdur.Onun sözlərinə görə, Rauf Cəbiyev sədr olduqdan sonra bələdiyyə üzvlərini idarədən uzaqlaşdıraraq, bələdiyyə üzvü olmayan şəxsləri idarəyə gətirib. Saxta protokollar və qanunsuz icarə müqavilələri bağlayıb.“Bu müqavilələr əsasında bələdiyyə adından pul alıb, bir hissəsini isə şəxsən özü üçün götürüb. Bu artıq açıq-aşkar rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədir.”Müsahibimizin şikayəti əsasında araşdırma apararaq öyrəndik ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2007-ci ilin 1 dekabr tarixində qüvvəyə minmiş fərmanda belə qeyd olunur:“Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”Bu o deməkdir ki, bələdiyyə torpağını birbaşa müqavilə ilə (hərracsız) icarəyə vermək qanunsuzdur — müddətindən (1 ay, 11 ay, 3 il və s.) asılı olmayaraq.Əmlak Məsələləri Dövlət Komitəsi və Baş Prokurorluq dəfələrlə bəyan edib ki, 2007-ci ildən sonra hərracsız bağlanmış bütün bələdiyyə icarə müqavilələri etibarsız sayılır və belə müqavilələr Dövlət Reyestrində qeydiyyata alınmır.Rauf Cəbiyev tərəfindən hərracsız bağlanmış müqavilələrin bir qismini təqdim edirik:Qeyd edək ki, Rauf Cəbiyevin ali təhsilinin olmaması və hərbi xidmətdən yayınaraq saxta hərbi bilet aldığı da söylənilir. Buna baxmayaraq o özünü “Masallı Xəbərləri MİP” adlı “Facebook” səhifəsinin təsisçisi və baş redaktoru kimi təqdim edirək Masallı rayonunun ictimai həyatında fəal iştirak edir. Ona aid sosial şəbəkə hesablarında mütəmadi olaraq rayon icra hakimiyyətinin fəaliyyətini işıqlandırır.Belə vəziyyətdə onun həm ictimai nəzarət funksiyasını yerinə yetirən jurnalist, həm də icraedici qərar verən bələdiyyə sədri kimi çıxış etməsi etik və hüquqi baxımdan ziddiyyətli haldır.Kolatan bələdiyyəsində baş verənlər təkcə bir kəndin problemi deyil. Bu, bələdiyyə idarəçiliyində şəffaflığın pozulması, qanunların şəxsi maraqlara tabe etdirilməsi və vətəndaş etimadının sarsıdılması nümunəsidir.Faktlar göstərir ki, Rauf Cəbiyevin fəaliyyəti həm “Bələdiyyələr haqqında” Qanunun, həm də Prezident fərmanının tələblərinə ziddir.Məsələ hüquq-mühafizə orqanları tərəfindən təcili şəkildə araşdırılmalıdır.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ