Mingəçevir şəhəri Ruslan Muradov adına texniki və humanitar fənlər liseyində ZƏFƏR GÜNÜ tədbirləri noyabrın ilk günündə ibtidai sinif şagirdlərinin Zəfər yürüşü ilə başladı.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin əməkdaşları Adil Məmmədli, Vüqar Teymurov, Hüseyn Rəşidzadə, Mingəçevir Təhsil Sektorunun əməkdaşı Gündüz Abbasov, Şəhid ailə üzvləri, müharibə veteranları və qazilər, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.
Şagirdlər Milli Qəhrəman Ruslan Muradovun büstü önünə çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər. Tədbir şagirdlərin paradı ilə başladı və maraqlı kompozisiyalar, rəqs və mahnılarla davam etdi. Sonda qonaqlar ürək sözlərini deyərək şagirdlərimizi təbrik etdilər, xatirə şəkli
çəkildi.
