Sizin reklam burada
Sizin reklam burada

22 il əvvəl xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev bu gün həm tarix yazan, həm də gələcəyi formalaşdıran lider kimi tanınır

22 il əvvəl xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev bu gün həm tarix yazan, həm də gələcəyi formalaşdıran lider kimi tanınır


2003-cü ilin oktyabr seçkiləri Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi idi. Heydər Əliyevin müəyyən etdiyi inkişaf xəttini davam etdirən İlham Əliyev, gənc və dinamik lider kimi, ölkəni müasir və güclü dövlətə çevirmək məqsədilə fəaliyyətə başladı.

O, ilk gündən bəyan etdi:

“Azərbaycan müstəqillik yolunda daha da irəliləyəcək, xalqımız layiqli həyat sürəcək.”

Bu fikirlər zaman keçdikcə reallığa çevrildi.

İlham Əliyevin prezidentliyi illərində Azərbaycan regionun ən sabit və inkişaf etmiş dövlətlərindən birinə çevrildi. Ölkənin iqtisadiyyatı bir neçə dəfə artdı, sənaye sahələri genişləndi, yeni texnologiyalar və investisiyalar cəlb olundu.

Əhalinin rifahının yüksəldilməsi Prezident siyasətinin əsas məqsədi oldu. Onun rəhbərliyi ilə maaşlar, pensiyalar, sosial təminat və infrastruktur sahəsində ciddi islahatlar həyata keçirildi.

Azərbaycan bu illər ərzində Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi layihəsi kimi beynəlxalq əhəmiyyətli layihələrin mərkəzinə çevrildi.

22 il əvvəl xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev bu gün həm tarix yazan, həm də gələcəyi formalaşdıran lider kimi tanınır.

Bu illər ərzində Azərbaycan dövlətçiliyi möhkəmləndi, xalq birliyi gücləndi, ölkə dünyada öz sözünü deyən güclü dövlətə çevrildi.

Bu gün Azərbaycan qalib, güclü, müasir və müstəqil dövlətdir.

Bu nailiyyətlərin əsas memarı isə Prezident İlham Əliyevdir.



İlhamə Abdullayeva
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ