
22 il əvvəl xalqın etimadı ilə Prezident seçilən İlham Əliyev bu gün həm tarix yazan, həm də gələcəyi formalaşdıran lider kimi tanınır.
Bu illər ərzində Azərbaycan dövlətçiliyi möhkəmləndi, xalq birliyi gücləndi, ölkə dünyada öz sözünü deyən güclü dövlətə çevrildi.
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq səhifəsi isə şübhəsiz, Azərbaycanın tarixi Qələbəsi – 44 günlük Vətən müharibəsi oldu.
Onun dəmir iradəsi, diplomatik uzaqgörənliyi və ordumuza göstərdiyi güclü dəstək nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Qarabağ torpaqlarında üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı.
Bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi, İlham Əliyevin adının isə qızıl hərflərlə yazıldığı bir mərhələ oldu.
Bu gün İlham Əliyevin Prezident seçilməsindən 22 il ötür — bu illər ərzində Azərbaycan tarixində dərin izlər buraxan, böyük dəyişikliklər və tarixi nailiyyətlərlə zəngin bir dövr yaşanıb.
Qiyas Abdullayev,
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə İcra Nümayəndəsi
