
Son 22 il ərzində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib. İlham Əliyevin müstəqil, balanslı və prinsipial xarici siyasəti nəticəsində ölkəmiz həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır.
Azərbaycan bu gün dünyanın ən nüfuzlu təşkilatlarında — BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digərlərində fəal iştirak edir.
2024-cü ildə COP29-un Bakıda keçirilməsi ölkəmizin beynəlxalq etimadının və nüfuzunun bariz sübutudur.
Prezident İlham Əliyevin neft strategiyasının davamı olaraq əldə olunan gəlirlər düzgün idarə edilərək qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, ölkə iqtisadiyyatının dayanıqlığını və müstəqilliyini təmin edib.
Eyni zamanda, Azərbaycan bu illər ərzində beynəlxalq enerji siyasətində aparıcı dövlətlərdən birinə çevrilib. Bakı–Tbilisi–Ceyhan, TAP və TANAP kimi layihələr ölkəmizi Avrasiyanın strateji mərkəzinə gətirib çıxarıb.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı öz tarixinin ən parlaq dövrünü yaşayır.
Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru
