İlham Əliyevin prezidentliyi illərində Azərbaycan regionun ən sabit və inkişaf etmiş dövlətlərindən birinə çevrildi. Ölkənin iqtisadiyyatı bir neçə dəfə artdı, sənaye sahələri genişləndi, yeni texnologiyalar və investisiyalar cəlb olundu.
Əhalinin rifahının yüksəldilməsi Prezident siyasətinin əsas məqsədi oldu. Onun rəhbərliyi ilə maaşlar, pensiyalar, sosial təminat və infrastruktur sahəsində ciddi islahatlar həyata keçirildi.
Azərbaycan bu illər ərzində Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi layihəsi kimi beynəlxalq əhəmiyyətli layihələrin mərkəzinə çevrildi.
Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq səhifəsi isə şübhəsiz, Azərbaycanın tarixi Qələbəsi – 44 günlük Vətən müharibəsi oldu.
Onun dəmir iradəsi, diplomatik uzaqgörənliyi və ordumuza göstərdiyi güclü dəstək nəticəsində Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Qarabağ torpaqlarında üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı.
Bu Qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi, İlham Əliyevin adının isə qızıl hərflərlə yazıldığı bir mərhələ oldu.
Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu E. Əsədov adına Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi
