Sizin reklam burada
Sizin reklam burada

Davamlı inam və xalq sevgisi

Davamlı inam və xalq sevgisi


İlham Əliyevin prezidentliyi illərində Azərbaycan regionun ən sabit, dinamik inkişaf edən və müasir dövlətlərindən birinə çevrildi. Ölkədə iqtisadi islahatlar dərinləşdirildi, sosial rifah yüksəldi, infrastruktur yeniləndi, ordu gücləndirildi.

Prezidentin həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan enerji müstəqilliyini tam təmin etdi və beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi əldə olundu. Uzun illər işğal altında olan torpaqlar azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu, Azərbaycan xalqının tarixi arzusunun gerçəkləşməsi və dövlət başçısının iradəsinin təntənəsi idi.

Qələbədən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə böyük Böyük Qayıdış və bərpa proqramı həyata keçirməyə başladı. Bu layihələr Azərbaycanın gələcəyinə, milli həmrəyliyinə və inkişafına xidmət edir.

Son 22 ildə keçirilən bütün seçkilər xalqın İlham Əliyevə olan inamının və etimadının bariz göstəricisi olub. 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində də İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq növbəti dəfə Prezident seçildi.

Bu, xalqın öz liderinə olan sarsılmaz sevgisinin, dövlət başçısının siyasətinə olan güvəninin təsdiqidir.


Həmid Qasımov
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ