
Bu gün — 15 oktyabr 2025-ci il — müasir Azərbaycan tarixinin mühüm səhifələrindən biri yenidən vərəqlənir. Düz 22 il əvvəl, 2003-cü ilin bu günündə Azərbaycan xalqı öz gələcəyini, dövlətçiliyinin davamlılığını, inkişaf və sabitlik yolunu İlham Heydər oğlu Əliyevə etibar etdi.
Bu gün İlham Əliyevin Prezident seçilməsindən 22 il ötür və bu 22 il ərzində Azərbaycan tarixində, siyasətində, iqtisadiyyatında və beynəlxalq nüfuzunda dərin izlər buraxan möhtəşəm bir dövr yaşanıb.
2003-cü ildə İlham Əliyev Prezident seçilərkən Azərbaycan böyük dəyişikliklər ərəfəsində idi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi sabitlik və dövlətçilik prinsipləri yeni mərhələyə qədəm qoyurdu.
İlham Əliyev həmin dövrdə gənc, enerjili, uzaqgörən və xalqına bağlı bir lider kimi bu məsuliyyətli vəzifəni üzərinə götürdü. Onun ilk illərdən elan etdiyi “Güclü dövlət – güclü xalq” prinsipi sonrakı illərdə ölkənin inkişaf strategiyasının əsas xəttinə çevrildi.
22 il əvvəl başlanmış bu yol, bu liderlik missiyası bu gün də inamla davam edir.
Azərbaycanın sabahı daha parlaq, gələcəyi daha güclüdür – çünki sükan arxasında xalqın sevdiyi lider, Prezident İlham Əliyev dayanır.
Əliyeva Səbinə
Bakı şəhəri, Xətai rayonu 24 saylı tam orta məktəbin direktoru
