Sizin reklam burada
Sizin reklam burada

İvanovkada “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib

İvanovkada “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib
İvanovkada “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib
İvanovkada “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib
İvanovkada “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib

Sülh, halallıq və zəhmətə bağlılıq – bu ali dəyərlər İsmayıllı rayonunun İvanovka kəndində təşkil olunan ənənəvi “Məhsul bolluğu və şükranlıq” bayramının əsas qayəsini təşkil edib.

Bayram tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan bölgəsi üzrə müdiri Elnur Mehdiyev, komitənin əməkdaşı Aydın Səmədov, kənd sakinləri, qonaqlar və ictimaiyyət nümayəndələri daxil olmaqla 400-dən çox iştirakçı bir araya gəlib.

Tədbirin əvvəlində çıxış edən kəndin ağsaqqalları məhsul bolluğunun yalnız zəhmətin deyil, həm də Ulu Yaradanın mərhəmətinin nəticəsi olduğunu vurğulayıblar.

Daha sonra çıxış edən Nəsimi Teymurov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun təbriklərini tədbir iştirakçılarına çatdıraraq, zəhmət, bolluq və birliyin rəmzi olan bu əlamətdar bayram münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edib, kənd camaatına bol ruzi-bərəkət, sağlamlıq, xoşbəxtlik və firavanlıq arzulayıb.

Bayram süfrələri kənd sakinlərinin halal zəhməti ilə açılmış, bolluq və bərəkəti əks etdirən ənənəvi nemətlərlə bəzədilmişdi. Süfrə arxasında bir araya gələnlər Uca Allaha dualar edərək, növbəti məhsul ilində də ruzinin bol, məhsulun isə bərəkətli olmasını diləyiblər.

Tədbirdə çıxış edənlər sülhə, halallığa və zəhmətə sədaqətin firavan və sabit həyatın əsas şərti olduğunu qeyd ediblər. Eyni zamanda, müharibələr və şər qüvvələr pislənilib, cəmiyyətdə birliyin, həmrəyliyin və qarşılıqlı dəstəyin vacibliyi vurğulanıb.

Bayram coşqusu ilə keçən tədbir, Ivanovkanın zəhmətsevər insanlarının birliyini, torpağa olan sevgisini və mənəvi dəyərlərə sadiqliyini bir daha nümayiş etdirib.

Bayramınız mübarək olsun!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ