




04 iyul 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına parkda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda məşğələ keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun əməkdaşı Cavid Qubadov təbiətdə yaranan yanğın təhlükəsinin səbəbləri, bu yanğınların qarşısının alınması yolları, yanğın zamanı görüləcək təhlükəsizlik tədbirləri, həmçinin yanğından qorunma qaydaları haqqında ətraflı məlumat verib.
Tədbirin keçirilməsində əsas məqsəd insan ehtiyatsızlığı və digər amillər nəticəsində baş verə biləcək meşə yanğınlarının qarşısının alınması istiqamətində maarifləndirmə aparmaq, iştirakçılarda yanğın təhlükəsizliyi qaydaları barədə bilik və məsuliyyət hissi formalaşdırmaq, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması ilə bağlı biliklərinin artırılması, həmçinin fövqəladə hallarda düzgün və çevik davranış bacarıqlarını aşılayaraq onların təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək olmuşdur.
#AZEgənclərvəidman #birkimibirlikdə