Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda Qurban Bayramı qeyd olunur

Azərbaycanda Qurban Bayramı qeyd olunur

Azərbaycanda Qurban Bayramı rəsmi bayram kimi qeyd olunur. Hər il minlərlə müsəlman bu günü qeyd edərək qurban kəsir, ehtiyac sahiblərinə yardım edir, yaşlıları, xəstələri ziyarət edir. Məscidlərdə bayram namazları qılınır, dualar edilir. Xüsusilə son illər dövlət və dini qurumlar vasitəsilə qurban paylarının daha da şəffaf və ədalətli bölgüsü təmin olunur.

Qurban Bayramı yalnız dini ibadət deyil, həm də insanlar arasında mərhəməti, birliyi və xeyirxahlığı artıran bir dəyərdir. Bu bayramda insanlar küsülülüklərə son qoyur, bir-birini ziyarət edir, sevinc paylaşılır, ailə bağları möhkəmlənir.

Qurban Bayramı – həm iman, həm mərhəmət, həm də bəşəri dəyərlərin bayramıdır. Bu müqəddəs günlərdə hər bir müsəlmanın borcu, yalnız qurban kəsmək deyil, eyni zamanda qəlbindəki kini, bədxahlığı və eqonu da “
qurban verməkdir.”

Hər kəsin Qurban Bayramı mübarək olsun!

Hatəm İbrahimov,
Xeyriyyəçi- İş adamı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ