
20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar, İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Anar Alızadə 17.01.2025 - ci il tarixində idarənin əməkdaşlarının iştirakı ilə tədbir keçirmişdir. Tədbirdə bu günün tarixi ilə bağlı məlumatlar verilmişdir. Xüsusi ilə bu günü yaşamış olan əməkdaşların məlumatlarına hər kəs diqqətlə qulaq asmışdır.
Bu gün, 20.01.2025 -ci il tarixində idarənin rəhbər heyəti və əməkdaşları İsmayıllı rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdirlər.



