Sizin reklam burada
Sizin reklam burada

“Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb

“Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb

2025-ci il Asiya-Pasifik bölgəsi üçün müharibə ili ola bilər.

Bu barədə “Ekonomist” nəşri yazıb.

Nəşr qeyd edir ki, əsas qarşıdurma Çin və Tayvan arasında baş verəcək. Bu ilin yanvar ayında Tayvanda keçirilən seçkilərdə Çinə qarşı sərt mövqeyi ilə tanınan Lai Tsin qalib gəldi. Seçkidən sonra Çin Tayvan adası ətrafında dəniz təlimləri keçirdi.

Çin və Tayvan arasındakı qarşıdurma ilə yanaşı, Cənubi Çin dənizində mövcud olan qaynaqların kimə aid olması üzərində də eskalasiya riski var. Bu qarşıdurmanın Çinlə Filippin arasında olacağı ehtimalı çoxdur. ABŞ və Filippin arasında 2014-cü ildə yenilənən Strateji Müdafiə Əməkdaşlığı razılaşmasına görə, Vaşinqton mümkün eskalasiyanın tərəfi ola bilər. Çin və Filippin arasında qarşıdurma səbəblərindən biri də Sianbin (Sabine) rifi adlanan bölgədəki böhrandır. Neft və qaz ehtiyatları ilə zəngin olan bölgədə bu ilin 19 avqust tarixində iki ölkənin gəmiləri toqquşdu. Hadisə ilə bağlı hər iki tərəf bir-birini ittiham etdi. Hazırda razılaşma, yaxud ortaq qərar yoxdur, hər iki tərəfin bölgəyə iddiası davam edir.

Asiya-Pasifik bölgəsində mümkün toqquşma ehtimalları Trampın ABŞ prezidenti olması fonunda da güclənir. Tramp ilk prezidentliyi dövründə (2016-2020) Çini hədəf taxtasına çıxarmışdı, builki seçkidən öncə verdiyi bəyanatlar da göstərir ki, Pekinlə açıq qarşıdurmaya hazırlaşır. Bu baxımdan, Çin ətrafında hərbi eskalasiyaların ola biləcəyi gözləntisi artır.

2025-ci ildə Çinlə müharibə gözləntiləri hələ 9 il öncə - 2015-ci ildə mətbuata sızan planları yada salır. Həmin il Pentaqonun strateji araşdırma mərkəzi olan “Rand Corporation” şirkətinin 2025-ci ilə qədər Çinlə müharibəyə hazırlıq ssenarisi üzərində işlədiyi xəbəri ortaya çıxmışdı. “Çinlə müharibə: ağlasığmaz haqda düşünmək” adının verildiyi ssenaridə “Ağlasığmaz” (Unthinkable) sözü təsadüfi seçimə bənzəmirdi. Çünki “Unthinkable” Britaniyanın baş naziri Çörçilin 1945-ci ildə SSRİ-yə qarşı hazırladığı müharibə planının kod adı idi. Mümkündür ki, 2025-ci illə bağlı illər əvvəl hazırlanan “ağlasığmaz” planı işə düşə bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ